Ədəbi məclislər

Dünyagörüşü, yaradıcılığı, bədii zövqü, ədəbi dairəsi və s. cəhətlərdən bir – birinə yaxın olan yazıçıların birliyini müəyyən dövrlərdə ədəbi məclislər əhatə etmişdir.

Məktəbimizdə Azərbaycan dili və ədəbiyyat aylığı çərçivəsində tədbirlər davam etdirilib.

28 fevral 2023 – cü il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hüseyin Ələkbərovun təşkilatçılığı ilə   “ Ədəbi məclislər  ” adlı ədəbi – bədii tədbir keçirilmişdir.

Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər iştirak edib.

Tədbir 8 ədəbi məclisi əhatə edirdi. Şagirdlər, yəni hər bir qrup öz ədəbi məclisi haqqında məlumat verib və həmin şairlərin yaradıcılığından qəzəllər söyləyib, müzakirə ediblər.

Direktor müavinləri və müəllimlər tədbirə aid öz fikirlərini bildirdilər.

Tədbirdə çıxış edən məktəbin direktoru Taleh müəllim Şahbazov ədəbi məclislərin ədəbiyyatımız tarixindəki rolundan danışıb, müəllimlərə və şagirdlərə minnətdarlığını bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi