İDMANÇILARIN YARIŞA HAZIRLIĞININ PSİXOLOJİ YANAŞMASI

Şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə 5 mart - Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində 27 fevral - 3 mart 2023 - cü il tarixində ümumi təhsil müəssisələrində idman həftəsinin keçirilməsi nəzərdə tutulmuşdur.

Bu məqsədlə proqrama uyğun olaraq məktəbin psixoloqları Rəna Əliyeva və Milana Həsənova « İdmançıların yarışa hazırlığının psixoloji yanaşması » mövzusunda V - XI sinif şagirdləri ilə maarifləndirici söhbət aparmışlar.

Psixoloqlar şagirdlərə idmançının yarış psixologiyası, fiziki, texniki, nəzəri, taktiki hazırlıqlarla yanaşı , yarışlarda yüksək nəticələrə nail olmaq üçün psixoloji amilin mühüm rol oynadığı haqqında məlumat vermişlər. İdman sahəsində yüksək nəticə göstərmiş məşhur idmançıların rekord nəticələrini qazanan zaman keçirdiyi hisslər haqqında fikirləri, idmançıda yüksək həyəcanı göstərən fizioloji və psixoloji əlamətlər haqqında hazırlanmış slaydlar vasitəsilə uşaqlara məlumatlar çatdırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi