Xocalı soyqırımı - əsrin faciəsi

Əsrlər boyu millətimiz və torpaqlarımız yadelli işğalçıların və mənfur qonşularımızın xəyanətkarlıqlarına  məruz qalmışdır.

1992 – ci ilin 26 fevralında rus havadarlarının köməkliyi ilə Xocalı şəhərində dinc əhaliyə qarşı amansızlıqlar edib yüzlərlə azərbaycanlını amansızcasına öldürdülər. Xocalı soyqırımından 31 il keçir, ancaq xalqımız bu faciəni unutmayıb və unutmayacaq.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 15.02.2023 – cü il, BŞTİ – nin 21.02.2023 – cü il tarixli əmrinə və məktəbin fəaliyyət planına  əsasən məktəbimizdə də Xocalı soyqırımına aid silsilə  tədbirlər keçirilib.

Əvvəlcə şagirdlərin səhər sıra baxışı zamanı Xocalı Şəhidləri bir dəqiqəlik sükutla yad edilmiş, müəllimlər tərəfindən məlumatlar verilmişdir.

“ Əsrin faciəsi – Xocalı ” ədəbi – bədii tədbir keçirilib, məktəbin foyesində əl işlərindən, faciəni əks etdirən fotoşəkillərdən və rəsmlərdən  ibarət sərgi təşkil olunub.

Siniflərdə təlimatlara uyğun olaraq “ Xocalı soyqırımı dərsləri ” təşkil olunub.

Bütün tədbir və dərslərdə məktəbin direktoru Taleh müəllim Şahbazov, direktor müavinləri, müəllimlər iştirak ediblər və şagirdlər qarşısında çıxış edərək o dövrdə baş verən hadisələri faktlarla əsaslandırıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi