Ana dilim ruhum mənim

     Hər bir xalqın milli varlığının, əbədiyaşarlığının əsas şərtlərindən birincisi  onun ana dilidir. Əsrlərlə torpağımızla yanaşı dilimiz də yad ünsürlərin təsirinə məruz qalmışdır. 

    Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra dilimiz dövlət dili səviyyəsinə qaldırıldı. Ümummilli lider H. Əliyev Azərbaycan dilinin qorunməsi və inkişaf etdirilməsi üçün fərman və sərəncamlar verdi.

     21 fevral  2023 – cü il tarixində Azərbaycan dili və ədəbiyyat müəllimi V.Xəlilovanın təşkilatçılığı ilə məktəbimizdə Beynəlxalq Ana dili Gününə həsr olunmuş ədəbi – tədbir keçirilib. 

    Tədbirdə məktəb rəhbərliyi, şəhid V.İsmayılzadənin anası Lalə müəllim, fənn müəllimləri və şagirdlər iştirak ediblər. Müəllimlərin və şagirdlərin dil haqqında çıxışları, şagirdlərin söylədikləri şeirlər və göstərdikləri səhnə nümunələri hamı tərəfindən rəğbətlə qarşılanıb.

      Ədəbi – bədii gecənin müzakirəsinə yekun vuran məktəbin direktoru Taleh müəllim Şahbazov şagirdlərin çıxışlarının mükəmməl olduğunu söyləyib , Vüsalə müəllimə  və şagirdlərə öz minnətdarlığını bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi