Vətənin qəhrəman oğlu

 Vətən müharibəsi Azərbaycan xalqının həyatında əsas rol oynayıb. Azərbaycan xalqının qəhrəman oğulları yağı düşmənə qalib gələrək Qarabağı azad etdilər.

Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan məktəbimizin nur üzlü şəhidi Əmrah Əkbərov 21 fevral 1998 – ci ildə Lerik rayonu Livəqirdə kəndində anadan olmuşdur.

21 fevral 2023 - cü il tarixində sıra təlimi zamanı şəhid Əmrah Əkbərovun xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.

Məktəbimizdə ibtidai sinif müəllimi Şərqiyyə Məmmədovanın təşkilatçılığı ilə şəhid Əmrah Əkbərovun doğum gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə məktəb rəhbərliyi , şəhid Əmrah Əkbərovun anası Dürdanə xanım və şəhid Vüsal İsmayılzadənin anası Lalə xanım, müəllimlər, şagirdlər iştirak ediblər. Şəhidin anası Dürdanə xanım Əmrahla bağlı xatirələrini müəllimlərlə və şagirdlərlə bölüşdü.

Məktəbin direktoru Taleh müəllim Şahbazov şanlı vətən  müharibəsində igid şəhidimiz Əmrah Əkbərovun  şücaətindən danışdı. Şəhid analarına səbr diləyib, Şərqiyyə müəllimə və şagirdlərə minnətdarlığını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi