Bilik yarışı

Şagirdlərin yiyələndikləri biliklərin möhkəmləndirilməsi, onlarda fəallığın artırılmasında keçirilən müsabiqə və bilik yarışlarının rolu əvəzsizdir.

“ Azərbaycan dili və ədəbiyyat fənn aylığı ” çərçivəsində 14 fevral 2023 – cü il tarixində 6 – cı sinif şagirdləri arasında “ Bilik yarışı ” keçirilmişdir. Bilik yarışına 12 komanda qoşulmuş və yarış zamanı gərgin mübarizə aparmışlar.

      6ç sinif komandası 1 – ci yer, 6a sinif komandası 2 – ci yer, 6ğ sinif komandası,3 – cü yer, 6ə sinif komandası 4 – cü yerə layiq görülüb.

Bilik yarışına məktəbin direktoru Taleh müəllim, direktor müavinləri və fənn müəllimlərindən ibarət münsiflər heyəti nəzarət edib.

Məktəbin direktoru Taleh müəllim Şahbazov qalib komandaları diplomla mükafatlandırıb, bilik yarışında iştirak edən hər bir şagirdi təbrik edib.                                        

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi