Mütaliə Günü

Məktəbimizdə 14.02.2023 – cü il tarixındə “ Azərbaycan dili və ədəbiyyat aylığı “ çərçivəsində müəllim Leyla Sahibovanın təşkilatçılığı ilə “ Mütaliə günü “ adlı tədbir keçirilib.

Tədbirdə şagirdlərin oxuduqları: C.Məmmədquluzadənin “ Danabaş kəndinin əhvalatları “ , “ Poçt qutusu “, S.S.Axundovun “ Nurəddin “, Jul Vernin  “ Kapitan Qrantın uşaqları “,  Jaklin Vilsonun  “ Şəkər pambığı “ və. s əsərlər müzakirə olunub. Şagirdlər istər əsərlərin mövzusu və məznunu, istərsə də təhlili üzərində sərbəst fikir yürüdərək  əsərdəki surətlərin mənfi və müsbət tərəflərini analiz ediblər.

  Mütaliə günü tədbirinə yekun vuran məktəbin direktoru Taleh müəllim Şahbazov şagirdlərin müstəqil fikir yürütmək bacarıqlarını təqdir etmiş, fənn müəllimlərinə şagirdlərdə bədii ədəbiyyata marağın daha da gücləndirilməsini tövsiyə edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi