Məktəbdə Şəhidlər Parkı

Azərbaycan xalqı əsrlər boyu yadelli işğalçılara qarşı qəhrəmanlıqlar göstəribdir. 44 günlük Vətən Müharibəsində məktəbimizin iki məzunu Vüsal İsmayılzadə və Əmrah Əkbərov mənfur düşmənlə döyüşlərdə şəhid olmuşlar.

15.02.2023 – cü il tarixində məktəbimizin həyətyani sahəsində “ Şəhidlər Parkı “                             salınmışdır. Keçirilən tədbirdə məktəb rəhbərliyi, şəhid anaları, şəhid yaxınları, müəllimlər və    şagirdlər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamış, məktəbin direktoru Taleh müəllim Şahbazov tədbiri açıg elan etmişdir. Əvvəlcə şəhidlərin şərəfinə tikilən Bulaq kompleksinə tər qərənfillər goyulmuş, Şəhid Vüsal İsmayılzadənin və Əmrah Əkbərovun xatirəsinə əkilmiş Xan Çinarı ağaclarına asmaq üçün hazırlanmış lövhələr Şəhid anaları Lalə xanım və Dürdanə xanıma təqdim olunmuşdur.

Tədbirin ikinci hissəsi həyətyani sahədə olan boş ərazidə yeni “ Şəhidlər Parkı ”nın salınması ilə davam etdirildi. Burada əkilən yeni ağaclara da müqəddəs Şəhidlərimizin adlarını əks etdirən lövhələr Şəhid yaxınları və müəllimlər tərəfindən asıldı.

Tədbirə yekun vuran məktəbin direktoru Taleh müəllim Şahbazov Şəhidlərimizin adının  xalqımız tərəfindən uca tutulduğunu bildirib məktəbimizdə də Şəhidlərimiz həmişə hörmətlə yad edildiyini bildirdi. Şəhidlər parkının salınmasında əməyi olan hər bir müəllimə və şagirdə öz minnətdarlığını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi