Qaliblərimiz

Məktəbimiz həmişə keçirilən layihələrdə, bilik yarışlarında, tədris və tərbiyə sahəsində fərqlənən məktəblər sırasındadır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keçirdiyi “ Qarabağı tanıt ” mövzusunda təqdimat müsabiqəsində iştirak edən məktəbin 11A sinif şagirdi Salmanova Milana Muxtar qızının təqdim etdiyi Təqdimat “ Təşəkkürnamə “ ilə təqdim olunub.

Məktəbin 10 – cu sinif şagirdi Tanrıverdiyev Murtuz Mehdi oğlu Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən İnnovativ Gənc Mühəndislər layihəsində iştirak etmişdir. Şagird Murtuz Tanrıverdiyevin də daxil olduğu “ TexnoBrains ” komandası  1 – ci yerə layiq görülmüşdür.

Komanda üzvlərindən yeganə orta məktəb şagirdi Murtuz Tanrıverdiyev olub.

Şagirdimiz Murtuz Tanrıverdiyev Gənclər Fondu tərəfindən sertifikat və diplomla mükafatlandırılıb.

14.02.2023 – cü il tarixində məktəbimizdə şagirdlərimiz təbrik edilib.

Məktəbin direktoru Taleh müəllim Şahbazov istər “ Qarabağı tanıt ” layihəsində iştirak edən 11 – ci sinif şagirdi Milana Salmanovanı, istərsə də “ Innovativ Gənc Mühəndislər ” layihəsində ən fəal iştirakçı adını qazanan məktəbin 10 – cu sinif şagirdi Murtuz Tanrıverdiyevi  keçirilən tədbirdə təbrik edib. Hər bir şagirdə gələcəkdə də uğurlar arzulayıb. Məktəbin müəllim və şagirdlərinə keçirilən layihələrdə fəal iştirak etməyi tovsiyə edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi