Pedaqoji şuranın növbədənkənar iclası

Məktəbimizdə 11.02.2023 – cü il tarixdə pedaqoji şuranın növbədənkənar iclası keçirilib.

Pedaqoji Şura Türkiyədə baş verən faciə qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı. İclasda aşağıdakı məsələlər müzakirə olundu:

1.Məktəb sənədlərinin düzgün işlənilməsi tapşırıldı.

2.Direktor müavinlərinin işinin səmərəliliyinin artırılması tövsiyə olundu.

3.Fiziki tərbiyə dərslərinin keyfiyyətinin artırılması.

4.Məktəbdaxili qiymətləndirmə vasitələrinin hazırlanması.

5.II Bakı Elm Olimpiadasına şagirdlərin cəlb edilməsi onlarla işin aparılması.

6.Fənn olimpiadasının növbəti mərhələsində iştirak hüququ qazanmış 12 şagirdə psixoloji, elmi, mənəvi dəstəyin göstərilməsi.

7.I yarımil şagirdlərin təlim nəticələri ilə I yarımil ərzində keçirilən monitorinq nəticələrinin müqayisəli təhlili edilmişdir və s.

Məktəb pedaqoji şurasının iclasına yekun vuran məktəbin direktoru Taleh müəllim Şahbazov pedaqoji şurada müzakirə olunan məsələlərin yerinə yetirilməsinə hər bir kollektiv üzvünün diqqətlə yanaşmasını tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi