Nümunəvi dərs

Şagirdlərdə ibtidai biliklərin mükəmməlləşdirilməsi və baza savadın yaradılmasında keçirilən nümunəvi dərslərin rolu böyükdür.

06.02.2023 – cü il tarixində məktəbin ibtidai sinif müəllimi Şəlalə Həsənova 2Ğ sinfində Azərbaycan dili fənnindən “ Uçan xalça ” mövzusunda nümunəvi dərs keçirib.

Nümunəvi dərsdə direktor müavinləri F.Əhmədova, İ.Hacıyeva və ibtidai sinif fənn müəllimləri iştirak ediblər. Dərs zamanı müəllim Şəlalə Həsənova müasir təlim və metodlardan istifadə edib.

Şagirdlər fəallıq göstərərək mövzunun məzmunu və təhlilində öz fikirlərini söyləyiblər. Direktor müavinləri nümunəvi dərsi qənaətbəxş hesab ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi