Paulo Koelonun “ Kimyagər “ əsərinin müzakirəsi

“ Azərbaycan dili və ədəbiyyat aylığı ” çərçivəsində məktəb kitabxanasında 06.02.2023 - cü il tarixində tədbirlər keçirilib.

Məktəb kitabxanaçıları G.Hüseynova və J.Vəliyevanın təşkilatçılığı ilə kitabxanada  bölmələr üzrə təqdimatlar edilmişdir. Tədbirdə məktəb rəhbərliyi, Şəhid Vüsal İsmayılzadənin anası Lalə müəllim, müəllimlər və şagirdlər iştirak ediblər. Təqdimatlar şagirdlər tərəfindən edilib.

Tədbirin ikinci hissəsi Braziliya yazıçısı Paulo Koelonun “ Kimyagər “ əsərinin müzakirəsinə həsr edilib. Dünyada məşhur olan “ Kimyagər ” əsəri müəllimlər və şagirdlər tərəfindən geniş müzakirə edilib.

Məktəbin direktoru Taleh müəllim Şahbazov məktəb kitabxanasında keçirilən “ Təqdimatlar ” və “ Kitab müzakirəsi ” tədbirlərini təqdirəlayiq olduğunu bildirib, şagirdlərin müzakirələrdə söylədikləri fikirlərdən  onların düşüncə tərzinin hərtərəfli inkişafda olduğunu görürük. Tədbir təşkilatçılarına və şagirdlərə öz minnətdarlığını bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi