2 fevral - Azərbaycan Gəncləri Günüdür

Ümummilli lider Heydər Əliyevin 1997 – ci il fevralın 2 – də imzaladığı fərmana əsasən, fevralın 2 – si Azərbaycan Gəncləri Günü elan edilib.

Bu gün də ölkəmizdə gənclərə diqqət və qayğı ilə yanaşılır. Azərbaycan gəncləri bütün sahələrdə olduğu kimi təhsil sahəsində də çox fəallıq göstərirlər.

Məktəbimizdə gənclərə hər cür şərait yaradılıb. Gənc müəllimlərimizə istənilən dəstək göstərilir və onların irəli sürdükləri ideyaların həyata keçirilməsinə köməklik edilir.

2 fevral 2023 – cü il tarixində məktəbimizdə 2 Fevral Gənclər Gününə həsr olunmuş tədbirlər keçirilib. Tədbirlərdə məktəb rəhbərliyi və gənc müəllimlər iştirak ediblər.

Məktəb direktoru Taleh müəllim Şahbazov hər bir gənc müəllim və işçinin problemi ilə maraqlanıb, onların təklif və iradını dinləyib. Gənc müəllimlərə işlərində uğurlar arzulayıb. Bir qrup gənc müəllim və işçiyə fəxri fərman və hədiyyələr təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi