Fevral - Azərbaycan dili və ədəbiyyat fənn aylığıdır

 Məktəb Pedaqoji şurasının qərarına əsasən məktəbdə fənn aylıqları keçirilir.

 Fevral ayı Azərbaycan dili və ədəbiyyat fənn aylığıdır. Azərbaycan dili və ədəbiyyat metodbirləşməsində görüləcək işlər müzakirə edilib. Fevral ayı ərzində görulən işlərin təqvimi hazırlanıb. Təqvim məktəbin direktoruna, direktor müavinlərinə və müəllimlərə təqdim olunub.

01 fevral 2023  - cü il tarixində Azərbaycan dili və ədəbiyyat fənn aylığının açılış tədbiri keçirilib. Açılış tədbirində məktəbin direktoru, direktor müavinləri, Azərbaycan dili və ədəbiyyat fənn müəllimləri, şagirdllər iştirak ediblər.

Fənn müəllimlərinin hazırladıqları “ Dilimiz sərvətimizdir ”, “ Bir günəşin zərrəsiyik “ , ” Hikmətli ifadələr ” guşələri nümayiş etdirilib.Tədbirdə müəllimlər və şagirdlər  çıxış ediblər.

Məktəbin direktoru Taleh müəllim Şahbazov fevral ayında görüləcək işlərin təqvimə uyğun olaraq aparılmasını məqsədəuyğun hesab edib, əlavə tövsiyələrini bildirib, müəllim və şagirdlərə uğurlar arzulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi