Müstəqilliyimizə gedən yol

20 Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günüdür.

Məktəbimizdə xalqımızın qan yaddaşında silinməz iz qoyan 20 Yanvar faciəsi hörmət və ehtiramla yad edilir.

Xalqın qəhrəmanlıq ənənələrinə sadiq qalan şəhidlərimiz düşmən qüvvələri qarşısında öz sinələrini sipər etdilər.

19 yanvar 2023 – cü il tarixində istər dərs məşğələlərində, istər keçirilən tədbirlərdə, istərsə də sinif təşkilat saatlarında şanlı tariximizin 20 Yanvar səhifəsi haqqında şagirdlərə ətraflı məlumat verilib. 20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Məktəbin tarix müəllimi Səmayə Nəcəfovanın təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunmuş “ Müstəqilliyimizə gedən yol ” müvzusunda ədəbi – bədii gecə keçirilmişdir.

Ədəbi – bədii gecədə məktəb rəhbərliyi, Şəhid Vüsal İsmayılzadənin anası Lalə müəllim, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.

Müəllimlərin və şagirdlərin çıxışlarında Azərbaycanın müstəqillik tarixi analiz edildi. Şagirdlərin hazırladığı bədii kompozisiyalar və slaydlar tədbir iştirakçılarının diqqətini çəkib.

Tədbirdə çıxış edən məktəbin direktoru Taleh müəllim Şahbazov 20 Yanvar haqqında ətraflı məlumat verib, tədbiri hazırlayan müəllimlərə və şagirdlərə minnətdarlığını bildirib.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi