Azadlıq mübarizəsinin rəmzi

Azərbaycan xalqı 1990 – cı ilin yanvar ayının 20 – də haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmışdır. Sovet qoşunları 20 Yanvar faciəsi ilə təkcə Azərbaycan xalqına deyil, ümumiyyətlə insanlığa qarşı qanlı cinayət törətmişdir.

Məktəbimizdə 19 yanvar 2023 – cü il tarixində “ Azadlıq mübarizəsinin rəmzi – 20 Yanvar ” adlı elmi konfrans keçirilib. Konfransda məktəb rəhbərliyi, Şəhid Vüsal İsmayılzadənin anası Lalə müəllim, müəllimlər və şagirdlər iştirak ediblər.

Azərbaycan xalqının şanlı tarixinin bir səhifəsi olan 20 Yanvar hadisələri müəllimlər və şagirdlər tərəfindən faktlara əsaslanan məlumatlar veriblər. 20 Yanvar faciəsinə həsr olunan sənədli slaydlar göstərilib.

Konfransa yekun vuran məktəbin direktoru Taleh müəllim Şahbazov o dövrü tarixi xronologi ardıcıllıqla ilə analiz edib, 20 Yanvar tarixinin qəhrəmanlıq salnaməsi olduğunu bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi