İdman yarışında uğurumuz

Bu gün ölkəmizdə idmana hər cür diqqət və qayğı göstərilir.

Məktəbimizdə də şagirdlərin idmanla məşğul olması üçün hər cür şərait və imkan vardır. Şagirdlərimiz keçirilən idman yarışlarında həmişə öndə olublar.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Gənclər və İdman Nazirliyi ilə birgə “ Məktəblilər arasında Respublika çempionatı ” idman yarışları keçirib.

Məktəbimizin 7 – ci sinif şagirdlərindən olan “ Mini futbol “ komandası keçirilən yarışda Xəzər rayonu üzrə 2 – ci yerə çıxıb. “ Mini futbol “ komandasının hazırlığını məktəbin fiziki tərbiyə müəllimi Əliyev Cavanşir edib.

Məktəbin direktoru Taleh müəllim Mini futbol komandasını və fiziki tərbiyə müəllimi Cavanşir Əliyevi bütün kollekyiv adından təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi