Elmlərin şahı – Riyaziyyat

Məktəbimizdə “ Riyaziyyat aylığı ” çərçivəsində istər V - XI siniflərdə, istərsə də I – IV siniflərdə tədbirlər, nümunəvi dərslər, bilik yarışları keçirilib.

16 dekabr  2022 – ci il tarixində 3 – cü siniflər arasında “ Elmlərin şahı – Riyaziyyat ” adlı bilik yarışı keçirilib. Bilik yarışını məktəbin ibtidai sinif müəllimi Adilə İdrisova hazırlayıb. Yarışa qatılan 11 üçüncü sinif komandasının hamısı fəallıq göstəriblər.

Direktor müavinləri və riyaziyyat fənn müəllimlərindən ibarət münsiflər heyəti yarışı izləyib və komandaların cavabını qiymətləndirib.

Yekun komanda yarışında 3A sinfi I yerə, 3C sinfi II yerə layiq görülüb.

Günün qalibi yarışmasında isə 3C sinif şagirdi Aslan Salahlı olub.

Bilik yarışına yekun vuran direktor müavini Fəridə Əhmədova qalib komandalarla yanaşı bütün iştirakçıları təbrik edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi