Nümunəvi dərs

“ Riyaziyyat aylığı ” çərçivəsində məktəbimizdə tədbirlər silsiləli şəkildə davam etdirilir.

21.12.2022 – ci il tarixində məktəbin riyaziyyat müəllimi Ülkər Zeynalova 10A sinfində riyaziyyat fənnindən nümunəvi dərs təşkil edib.

Nümunəvi dərsdə məktəbin direktoru Taleh müəllim, direktor müavinləri və riyaziyyat fənn müəllimləri iştirak ediblər.

Dərsin mövzusu “ Kosinuslar teoremi ” olub.

Müəllim dərs zamanı formalaşdırılan şagird bacarıqlarının üzə çıxarılması mövqeyindən yanaşıb. Mövzu ilə əlaqədar olan fərqli yanaşma və üsullardan istifadə edərək mövzunu şagirdlərə  mənimsədib.

Dərsin müzakirəsində hər bir direktor müavini və fənn müəllimi öz fikirlərini bildirib.

Müzakirəyə yekun vuran məktəbin direktoru Taleh müəllim Şahbazov keçirilən dərs zamanı ən vacib olan üsul və vasitələrdən daha çox istifadə etməyi tövsiyə edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi