“ Xəmsə “ intellektual oyunu

 Məktəbimizdə " Riyaziyyat aylığı “ çərçivəsində silsilə tədbirlər davam edib. 14 dekabr 2022 – ci il tarixində “ Xəmsə ” intellektual oyunu keçirilib.

Yarışma 5 – ci sinif şagirdləri arasında aparılıb.

İntellektual yarışmanı məktəbin riyaziyyat müəllimi Ayşə Zeynalova təşkil edib.

İntellektual oyunda “ Günəş ”, “ Zəfər ”, “ Zirvə ”, “ Uğur ”, “ Qartal ”, “ Zəka ” komandaları yarışıblar.

Məktəbin direktoru Taleh müəllim, direktor müavinləri və riyaziyyat fənn müəllimlərindən ibarət olan münsiflər heyəti yarışmanı izləyib və qiymətləndiriblər.

Toplanan ballara əsasən “ Günəş ” komandası yarışın qalibi olub.

Bütün komanda üzvlərini təbrik edən Taleh müəllim Şahbazov şagirdlərin əqli biliklərinnin inkişaf etdirilməsində intellektual oyunların rolundan danışıb.Yarışmanın qalibi olan “ Günəş ” komandasına gələcəkdə də uğurlar qazanmağı arzulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi