Nümunəvi dərs

Məktəb pedaqoji şurasının qərarı ilə, fəaliyyət planında dekabr ayı “ Riyaziyyat aylığı “ elan olunub. İş planına əsasən işlər mərhələli şəkildə həyata keçirilir.

20.12.2022 – ci il tarixində riyaziyyat müəllimi Mətanət Mütəllimovanın 8B sinfində nümunəvi dərsi keçirilib.

Dərsin mövzusu “ Trapesiya ” olub. Nümunəvi dərsdə məktəbin direktoru Taleh müəllim, direktor müavinləri və fənn müəllimləri iştirak edib.

Müəllim dərs zamanı trapesiyanı və onun növlərini sözlə, riyazi yazılışla təqdim etmək qaydalarını şagirdlərə mənimsədib.

Dərs müzakirə olunan zaman fənn müəllimləri dərs zamanı trapesiyanın xassələrinin tətbiqetmə qaydalarına öz münasibətlərini bildiriblər.

Müzakirəyə yekun vuran məktəbin direktoru Taleh müəllim Şahbazov dərsi təhlil edib, müəllimə öz tövsiyələrini bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi