Müsabiqə qalibi

Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçilığı ilə 2022 – ci ilin mart və aprel aylarında “ Heydər Əliyev və Azərbaycan tarixi ” mövzusunda referat yazı müsabiqəsi keçirilib.

Məktəbimizin 11 – ci sinif şagirdi İbrahimli Tahir həmin müsabiqədə “ Vətən müharibəsində beynəlxalg media faktoru – zəka və səbrin qələbəsi “ mövzusunda yazdığı referatla iştirak edib. Yazının əhatəliliyini, faktlara əsaslandığını, mövzu ilə yazının məzmununun vəhdətini nəzərə alan münsiflər heyəti yazını qaliblər sırasına daxil ediblər.

16.12.2022 tarixində müəllim Pərvanə Orucova və şagird Tahir İbrahimli müsabiqənin yekun təltifetmə mərasimində iştirak edib və təltif olunublar.

Məktəbimizdə də 19.12.2022 – ci il tarixində müsabiqə qalibi Tahir İbrahimli və müəllim Pərvanə Orucova ilə görüş keçirilib. Görüşdə məktəbin direktoru Taleh müəllim Şahbazov, Şəhid Vüsal İsmayılzadənin anası Lalə müəllim, direktor müavinləri və müəllimlər iştirak ediblər.

Görüşdə məktəbin direktoru Taleh müəllim, Şəhid anası Lalə müəllim, direktor müavinləri  müəllim Pərvanə Orucovanı və şagird Tahir İbrahimlini təbrik edib, gələcək işlərində uğurlar arzulayıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi