Nümunəvi dərs

Məktəbdə keçirilən dərslərin dinlənilməsi  məktəb rəhbərliyi tərəfindən mütəmadi yerinə yetirilir. Dərs məşğələlərini günün tələbi səviyyəsində qurmaq, müasir təlim metod və üsullarından istifadə etmək hər bir müəllimin vəzifə borcudur.

14 dekabr 2022 – ci il tarixində məktəbin 1H  sinfində Ana dili fənnində “ Meyvələrin söhbəti ” mövzusunda sinif müəllimi Abbasova Nuranə nümunəvi dərs təşkil edib.

Nümunəvi dərsdə məktəbin direktoru Taleh müəllim Şahbazov, direktor müavinləri, sinif müəllimləri iştirak ediblər.

Dərs zamanı şagirdlər sağlam qidalanmağın insan həyatı üçün əhəmiyyətindən, meyvələrin faydalılığından və onlarda olan vitaminlər haqqında məlumat veriblər. Dərs zamanı müxtəlif üsul  və vasitələrdən istifadə olunub. Şagirdlər dərs zamanı fəallıq göstəriblər.

Dərs başa çatdıqdan sonra məktəbin direktoru Taleh müəllim Şahbazov sinif müəlliminə və şagirdlərə öz minnətdarlığını bildirib, dərsin gedişi, yeni təlim üsullarının tətbiqinə dair tövsiyələrini söyləyib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi