Azərbaycan Respublikasının qurucusu və memarı

Azərbaycan xalqının taleyində əhəmiyyətli rolu olan, tarixə öz adını əbədi həkk edən nadir şəxsiyyətlərdən biri məhz Ümummilli lider Heydər Əliyevdır.

Ümummilli  lider müstəqilliyimizin möhkəmlənməsi və əbədi olması üçün əsl xilaskarlıq missiyasını yerinə yetirib.

Ulu öndər Heydər Əliyev tərəfindən aparılan uğurlu siyasət, bazası yaradılan iqtisadiyyat, təkmilləşdirilən ordu quruculuğunun nəticəsi 2020 – ci ildə məhz işğal altında olan torpaqlarımızın mənfur düşməndən azad edilməsi ilə nəticələnib.

Məktəbimizdə 12 dekabr tarixində Ümummilli Lider Heydər Əliyevın  “ Anım Günü ” nə həsr olunmuş ədəbi - bədii gecə keçirilib. Tədbiri məktəbin tarix müəllimi Fidan Balayeva 5 – ci sinif şagirdləri ilə birlikdə  hazırlayıb.

Ədəbi – bədii gecədə şagirdlərin ifasında Ulu öndərə həsr olunan şeirlər söylənilib, videoçarxlar nümayiş etdirilib.

Müəllimlər və şagirdlər öz çıxışlarında Ümummilli liderin həyatı və fəaliyyəti haqqında məlumat veriblər.

Məktəbin direktoru Taleh müəllim Şahbazov Ümummilli lider Heydər Əliyevın istər sovetlər dövründə, istərsə də müstəqillik dövründə həyat salnaməsindən danışıb, tədbirin təşkilatçilarına minnətdarlığını bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi