Elmi konfrans

 Məktəbimizdə 12 dekabr 2022 – ci il tarixində sıra baxışı zamanı Ümummilli Lider Heydər Əliyev  anılmış və birdəqiqəlik sükutla yad edilmişdir.

Silsilə tədbirlər sırasında məktəbin müəllim və şagirdlərinin  birgə hazırladığı elmi konfrans keçirilib. Konfransda məktəb rəhbərləri, Şəhid İsmayılzadə Vüsalın anası Lalə müəllim, tarix müəllimləri və şagirdlər iştirak ediblər.

Müəllim və şagirdlər Ümummilli Lider Heydər Əliyevin həyatı və fəalıyyəti haqqında ətraflı məlumat veriblər. Şəhid Vüsal İsmayılzadənin anası Lalə müəllim dahi liderımız Heydər Əliyevin təhsil sahəsindəki fəaliyyətindən danışıb.

Konfransa yekun vuran məktəbin direktoru Taleh müəllim Şahbazov Ümummilli liderın Azərbaycan həyatındakı silinməz üzləri və ardıcıl,düşünülmüş siyasəti haqqında konfrans iştirakçilarını məlumatlandırıb. Müəllimlərin və şagirdlərin Ümummilli lider Heydər Əliyev mövzusunda verilən suallarını cavablandırıb.

Konfrans ümumi diskussiya və şagirdlərin sərbəst fikirlərini ifadə etmək şəraitində keçirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi