“ Kiçik Akademiya ”nın Fəaliyyəti

Məktəbimizdə “ Kiçik Akademiya ” fəaliyyət göstərir. Öz bacarıqları ilə seçilən 46 şagird “ Kiçik Akademiya “ya cəlb edilib.

Bacarıqları ilə seçilən şagirdlər humanitar, riyaziyyat, fizika, texniki, idman və yaradıcılıq bölmələri üzrə qruplaşdırılıb.

07 dekabr 2022 – ci il tarixində məktəbimizdə “ Kiçik Akademiya ” nın dəyirmi masası təşkil olunub. Dəyirmi masada məktəbin direktoru Taleh müəllim Şahbazov, Şəhid Vüsal İsmayılzadənin anası Lalə müəllim, direktor müavinləri və müəllimlər iştirak ediblər.

Kiçik  Akademiyanın prezidenti Ulduz müəllim Heydərova , vitse - prezidenti Ülviyyə müəllim Gərayeva  və şagirdlər oktyabr, noyabr aylarında görülən işlər haqqında məlumat veriblər.

“ Kiçik Akademiya ” nın qonağı Almaniyada keçirilən Dünya Robot  Olimpiadasında üçüncülüyü qazanan  Azərbaycan komandasının  üzvü, məktəbimizin keçmiş məzunu Qabil Hüseynli olub. O öz fikirlərini akademiya üzvləri ilə bölüşüb və onların suallarını cavablandırıb.

Tədbirə yekun vuran məktəbin direktoru Taleh müəllim Şahbazov Qabil Hüseynlini qazandığı uğura görə təbrik edib, akademiya üzvlərinə uğur gazanmağın istiqamətlərini göstərərək, hər zaman onların yanında olduğunu bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi