Tarix biliciləri

Məktəb pedaqoji şurasının qərarı ilə fəaliyyət pıanında noyabr ayı məktəbdə “ Tarix aylığı ” elan edilib.

“ Tarix aylığı ” çərçivəsində iş planına uyğun olaraq nümunəvi dərslər, monitorinqlər, tədbirlər, bilik yarışları keçirilib.

29 noyabr 2022 - ci il tarixində məktəbin tarix müəllimi Nizami İbrahimovun rəhbərliyi ilə 5 - ci sinif şagirdləri arasında bilik yarışı keçirilib.

Bilik yarışını məktəbin direktoru Taleh müəllim Şahbazov başda olmaqla, direktor müavinləri və tarix müəllimlərindən ibarət münsiflər heyəti  nəzarət edərək onların cavablarını qiymətləndirilib. Yarışa 5 - ci siniflərdən 11 komanda qoşulub.

Bilik yarışında 5e sinfinin komandası sualları daha çox və düzgün cavablandıraraq

11 komanda arasında 1 - ci yeri tutub. Ümumiyyətlə, bütün komandalar bilik yarışında fəallıq göstəriblər.

Bilik yarışına yekun vuran məktəbin direktoru Taleh müəllim Şahbazov yarışın qalibi 5E sinif komandasını və bütün komandaları təbrik edib.Tariximizin hamı tərəfindən dərindən öyrənilməsinin vacibliyini vurğulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi