Şəhidimiz yad edilib

Azərbaycan xalqı əsrlər boyu öz şəhidinə və qazisinə diqqət və qayğı ilə yanaşıb.

Məktəbimizdə “ Şuşa ili ”nə aid tədbirlər silsiləsi davam etdirilir.

Müəllim və şagirdlərimiz “ 44 günlük Vətən müharibəsi “ dövründə şəhid olan igidlərimizin ailə üzvlərini, onların məzarlarını mütəmadi yad ediblər.

Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının azad edilməsində qəhrəmanlıqla döyüşüb, şəhid olan igidlərimizdən biri də Kərimov Mustafa Mayis oğludur.

27 noyabr  2022 – ci il tarixində məktəbin direktoru müavini Cəmalə Nəcəfova 7F sinfinin rəhbəri Natiq Nəcəfov, sinif şagirdləri və valideynləri Şəhid Kərimov Mustafa Mayis oğlunun evində ailə üzvləri ilə görüşüb sonra isə məzarını ziyarət ediblər.

Müəllimlər və şagirdlər Şəhidin məzarı üstündə onunla bağlı olan xatirələrdən danışıb, məzarı üstünə tər çiçəklər düzüblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi