Uşaq hüquqlarını müdafiə edək

Məktəbimizdə ’’ Uşaq hüquqları ’’ aylığı çərçivəsində silsilə tədbirlər davam etdirilib.

23 noyabr 2022 - ci il tarixində məktəbimizdə ’’ Uşaq hüquqlarını müdafiə edək ’’ adlı ədəbi - bədii tədbir keçirilib. Tədbiri məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Leyla Sahibova şagirdlərlə birgə hazırlayıb.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.

Ümummilli lider Heydər Əliyevin uşaqlara arzularını əks etdirən və  uşaqlar öz hüquqlarını bilirmi?  mövzularında video - çarxlar nümayiş etdirilib.

Şagirdlər uşaq hüquqlarına aid səhnəciklər göstəriblər. Çıxış edən müəllimlər və şagirdlər uşaqları hər çür mənfi işlərdən qorumaq, onların həyatlarının həmişə sevincli olması üçün ölkəmizdə görülən işlərdən danışıblar.

Tədbirə yekun vuran direktor müavini Cəmalə müəllim Nəcəfova məktəbimizdə uşaq hüquqlarının qorunmasından danışıb, onlara həmişə qayğı və diqqət göstərməyi tövsiyə edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi