Məktəbimizdə Monitorinq

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən tabeliyində olan təhsil müəssisələrində monitorinq keçirilir. Məktəbimizdə 24 noyabr 2022 - ci il tarixində  6 - ci və 9 - cu siniflərində monitorinq keçirilib.

Monitorinq BŞTİ - nin təlimatına uyğun olaraq, göndərilən material əsasında aparılıb.

Məktəbin 9 - cu siniflərində təhsil alan 275 şagirdən 268 - i, 6 - cı siniflərində təhsil alan 349 şagirddən 329 - u monitorinqdə iştirak etmişdir. Şagirdlər monitorinq keçirilən otaqlarda eyni sinif  şagirdləri toplu şəkildə olmamaq qaydası ilə əyləşdirilib.

Monitorinqə nəzarətçilər qeyri - ixtisas fənn müəllimələrindən müəyyən edilib.

Məktəbin direktoru Taleh müəllim Şahbazov monitorinq qaydaları ilə həm nəzarətçi müəllimləri, həm də şagirdləri məlumatlandırıb.

Monitorinqə ümumi nəzarəti məktəbin direktoru Taleh Şahbazov, direktor müavini İlahə Hacıyeva və Gülxanım Allahverdiyeva yerinə yetiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi