Fənn müsabiqəsinin seçim turu

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə aşağı yaş qrupu şagirdlər üçün fənn olimpiadaları və fənn müsabiqələri keçirilir.

Məktəbimizdə 23 noyabr 2022 - ci il tarixində 6 və 7 - ci sinif şagirdləri arasında fənn müsabiqəsinin seçim turu keçirilib.

Müsabiqənin seçim turu mərhələsinə nəzarəti məktəbin direktoru Taleh müəllim və direktor müavinləri yerinə yetiriblər.

Hər bir sinif otağına nəzarətçilər təyin olunub, imtahanın gedişi üçün bütün lazımi şərait yaradılıb.

Seçim mərhələsi imtahanında 7 - ci siniflərdən 300 şagird, 6 - cı siniflərdən 85 şagird iştirak edib.

İmtahan məqsədəuyğun şəkildə keçirilib, şagirdlər xoş əhvali - ruhiyyə ilə iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi