Seçilən idmançılarımız

Müstəqillik qazandıqdan sonra Azərbaycanımızda idman sahəsi inkişaf etməyə başladı. Ümümmilli lider Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra ölkənin hər bir bölgəsində Olimpiya Kompleksi tikilib idmançiların istifadəsinə verildi.

Ölkəmizdə keçirilən Avropa və islam oyunları yarışları bizim dünyada idman ölkəsi olduğumuzu təsdiqlədi. Məktəbimizin şagirdləri arasında idmana maraq güclüdür.

İdmançilarımıza istər məktəbdaxili, istərsə də digər yarışlarda iştirakına məktəbdə hər cür şərait yaradılıb.

Məktəbimizin bir qrup şagirdi ’’ Zəfər Günü ’’nə həsr olunmuş ’’ A.T.S.O Azərbaycan ’’ Döyüş Liqasının Shoot Fight üzrə Zəfər Kuboku yarışlarında 1 - ci yeri tutmuşlar.

Qaliblərimiz: Gözəlov Həmzə, Əlisultanov Hacısultan, Hüseynova Nazənin, Səmədli Məhəmməd, Məmmədli Ağa, Abbasov Əli, Əliyev Tural, Kosayev Nəsrəddin, Abbaszadə Zeynal, Əhmədli Mirhəsən, Məmmədov Uğur, Əliyev Məhəmməddir.

Görüşdə məktəbimizin şəhidi Vüsal İsmayılzadənin anası Lalə müəllim, məktəb rəhbəri, fiziki tərbiyə metodbirləşmə sədri idmançiları qazandıqları uğura görə təbrik ediblər.

Məktəbin direktoru Taleh müəllim Şahbazov hər bir idmançını təbrik edərək, daha da mübariz olub Beynəlxalq yarışlara qoşularaq ən yüksək nəaliyyət əldə etməyi tövsiyə edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi