Şəhidlərimiz and yerimizdir

Məktəbimizin bütün kollektivi həmişə şəhidlərimizi hörmətlə anır və yad edir.

20 noyabr 2022 – ci il tarixində məktəbin musiqi müəllimi Elnarə Ağazadə 6D sinfinin şagirdləri ilə əvvəlcə Buzovna Şəhidlər Xiyabanında məktəbimizin şəhidi Vüsal İsmayılzadənin və digər Şəhidlərin məzarını ziyarət edib, sonra isə Şəhidlər Xiyabanında və II Fəxri Xiyabanda olublar. Müəllim Elnarə Ağazadə şagirdlərə Azərbaycan Şəhidləri haqqında ətraflı məlumat verib.

Şagirdlərimiz isə Şəhidlərimizin məzarı üstündə vətənpərvərlik ruhunda şeirlər söyləyib, onların müqəddəs məzarları üstünə tər çiçək dəstələri düzüblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi