Valideyn iclaslarının yekun müzakirəsi

Məktəbimizdə 18 noyabr 2022 – ci il tarixində müəllimlərlə iclas keçirilib. 16 – 17 noyabr tarixlərində 9, 10, 11 – ci sinif şagirdlərinin valideynləri ilə keçirilən iclaslarda valideynlərin və müəllimlərin qaldırdıqları məsələlər müzakirə edilib. Şagirdlərin məktəb nizamnamə və şagird qaydalarına əməl etmələri, onların hüquq və vəzifələrinin bildirilməsi müəllimlərə tövsiyə olundu. Həm sinif valideyn iclaslarında, həm də ümumməktəb valideyn iclaslarında məktəbdə valideynlərin ciddi narahatçılığına səbəb olacaq bir məsələnin olmadığı söylənilib.

İclası aparan məktəbin direktoru Taleh müəllim Şahbazov valideynlər və müəllimlər tərəfindən edilən hər bir təklifi ayrıca kollektivlə müzakirə edib, bundan sonrakı istiqamətləri müəyyənləşdirdi.

Həmçinin iclasın gündəliyinə cari məsələlər də daxil edilib, müzakirə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi