Xalça muzeyinə ekskursiya

Azərbaycan xalqı qədim xalçaçılıq sənətinə sahib olan xalqlardandır. Xalqımız ta qədim dövrlərdən dünyada öz xalçaları ilə məşhur olub.

18 noyabr 2022 – ci il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Leyla Sahibova 8G sinif şagirdləri ilə birlikdə Azərbaycan Milli Xalça Muzeyində olublar. Muzey  bələdçiləri şagirdlərə qədim xalçalar, onların toxunması və qorunması, eyni zamanda arxeoloji qazıntılar zamanı tapılan əşyalar haqqında ətraflı məlumat veriblər.

Milli Xalça Muzeyinə səyahət şagirdlərdə xalçaçılıq sənətinin sirlərinə aid məlumatları daha da dərinləşdirib.

Müəllim və şagirdlər bu ekskursiyadan çox xoş təəssüratla ayrılıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi