X – XI sinif şagirdlərinin valideynləri ilə görüş

Valideynlərin məktəblə əlaqəsini gücləndirmək, övladları üzərindəki nəzarəti gücləndirmək məqsədilə silsiləli olaraq valideyn iclasları davam etdirilib.

Məktəbimizdə 17 noyabr 2022 – ci il tarixində ayrı – ayrılıqda 10 – cu və 11 – ci sinif şagirdlərinin valideynləri ilə görüş keçirilib.

İclası məktəbin direktoru Taleh müəllim Şahbazov aparıb. Valideyn iclasında valideynlərin əksəriyyəti iştirak edib.

Sinif rəhbərləri, fənn müəllimləri valideynlərə övladları haqqında məlumat veriblər. Valideynlər onları maraqlandıran suallarla müraciət etmişlər.

Məktəb direktoru Taleh müəllim hər bir valideyni dinləyərək  suallarını cavablandırıb.

İclasın gündəliyində qarşıya qoyulan hər bir məsələnin həm məktəb rəhbərliyi, həm müəllimlər, həm də valideynlər tərəfindən diqqətdə saxlanılması tövsiyə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi