IX sinif şagirdlərinin valideynləri ilə görüş

Məktəbdə müəllim – şagird - valideyn üçlüyü bir - biri ilə həmişə sıx əlaqədə olmalıdır.

Əgər bunlardan birində müəyyən çatışmazlıq baş verərsə işin tamlığı pozular, yüksək nəticə əldə etmək olmaz.

Məktəbimizdə valıdeynlərin məktəblə əlaqəsini artırmaq üçün hər bir iş görülür.

16 noyabr 2022 - ci ildə məktəbin 9 - cu sinif valideynləri ilə ümumməktəb görüşü keçirilmişdir.

Görüş iki hissədə təşkil olunmuş və valideynlərin əksəriyyəti cəlb olunub.

Məktəb rəhbərliyi, fənn müəllimləri, sinif rəhbərləri iclasda iştirak ediblər.

Direktor müavini Hacıyeva İlahə müəllim və sinif rəhbərləri ümumi siniflər haqqında məlumat veriblər.

Məktəbin direktoru Taleh müəllim Şahbazov 28 oktyabr 2022 - ci il tarixində 9 - cu siniflərdə kecirilən monitorinqin yekun nəticələri ilə valideynləri tanış edib. Qarşıda duran vəzifələri müəyyənləşdirib, birlikdə fəaliyyətin istiqamətlərini yerinə yetirmək üçün iş birliyində olmağı tövsiyə edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi