Istedadlı şagirdlər

Şagirdlər məktəbdə təkcə təhsil, tərbiyə almaqla kifayətlənməməlidir.

Məktəbimizdə istedadlı şagirdlərin üzə çıxarılması və onların bacarıqlarının inkişaf etdirilməsi həmişə diqqətdə olub.

Məktəb rəhbərliyi və Şəhid Vüsal İsmayılzadənin anası Lalə müəllim 15 noyabr 2022 – ci il tarixində məktəbdə fəaliyyət göstərən texnologiya otaqlarında şagirdlərin əl işlərinə baxış keçiriblər. Texnologiya müəllimləri Məmmədova Sima və Gülmalıyeva İlahə şagirdlərdə olan bacarıqların aşkarlanması və inkişaf etdirilməsində əsas rol oynayırlar.

Baxış zamanı şagirdlərdən : G.Kənan, C.Əli, H.Fəxri, O.Qərənfil, Ə.Hüseyn, H.Fərid, M.Murad, Ş.Nəzrin, D.Rəhim, B.Fatimənin daha fəal olduqları göründü. Məktəbin direktoru Taleh müəllim Şahbazov həm fənn müəllimlərinə, həm də şagirdlərə minnətdarlığını bildirib, daim axtarışda olub istedadlı şagirdlər üçün hər bir şəraitin yaradılmasını tövsiyə edib

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi