ŞƏHİDLƏR UNUDULMAZ

2009 - cu ildən etibarən noyabr ayının 9 - u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur. Məktəbimizin kollektivi ən əziz günlərdə də birinci şəhidləri yad edir.

9 Noyabr tarixində məktəbin bir qrup müəllimi Lerik rayonu Livəqirdə kəndində Şəhidimiz Əmrah Əkbərovun məzarını ziyarət edib. Bütün 322 nömrəli məktəb kollektivi adından şəhidin məzarı üstünə əklil qoyulub.

Məktəbin direktoru Taleh müəllim Şahbazov Şəhid Əmrah Əkbərov haqqında danışmış, Şəhidin anasına, babasına və yaxınlarına kollektivın başsağlığını çatdırmış,  onlara səbirli olmağı diləmişdir.

Müəllimlər Lerik rayonunda digər şəhidlərin məzarlarını və Zəfər Parkını ziyarət ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi