Şəhidimiz ziyarət edildi

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin 2020 – cil il 3 dekabr sərəncamına əsasən 8 Noyabr Zəfər Günu elan edilib.

Məktəbimizin kollektivi hər bir bayram kimi Zəfər Gününü də təntənəli keçirir.

8 Noyabr Zəfər Günündə məktəbimizin müəllimləri Buzovna Şəhidlər Xiyabanında məktəbin şəhidi Vüsal İsmayılzadənin məzarını ziyarət ediblər.

Müəllimlər Şəhid Vüsal ilə olan xatirələrini danışıb, məzarı üstünə gül dəstələri düzüb, şəhid anası Lalə müəllimə səbr diləyiblər.

Müəllimlərimiz həmçinin Buzovna Şəhidlər Xiyabanında olan bütün şəhidləri yad ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi