Qələbə Salnaməmiz

8 Noyabr 2020 – ci il tarixi Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdır.

Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə əsgər və zabitlərimiz  Azərbaycanın ürəyi olan Qarabağ torpaqlarını işğaldan azad edərək xalqımıza möhtəşəm qələbəni yaşatdılar.

Məktəbimizdə “ Zəfər  Günü “nə həsr olunmuş silsilə tədbirlər davam edir.

04 noyabr 2022 – ci il tarixində “ Zəfər  Günü “nə həsr olunmuş ədəbi – bədii gecə keçirilib. Ədəbi – bədii tədbiri məktəbin tarix müəllimi Sevinc Tağıyeva 10 – cu sinif şagirdləri ilə birgə hazırlayıb.

Ədəbi – bədii gecədə Azərbaycan tarixinə aid hazırlanan  bədii kompozisiyaları hər bir tədbir iştirakçısı rəğbətlə qarşıladı.

Tədbirdə məktəb rəhbərliyi, Şəhid valideynləri, qazilər, müəllimlər, şagirdlər iştirak ediblər. Məktəb işində müsbət fəaliyyətlərinə görə bəzi müəllim və şagirdlər fəxri fərmanlarla təltif olunmuşlar.

Tədbirdə Şəhid valideynləri, qonaqlar çıxış etdilər.

Ədəbi – bədii gecəyə yekun vuran məktəb direktoru Taleh müəllim Şahbazov hamının  Zəfər bayramını təbrik etdi. Şəhid valideynlərinə və qazilərə tədbirdə iştirak etdiklərinə görə minnətdarlığını bildirib.Tədbirin təşkilatçısı Sevinc müəllimə təşəkkür etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi