Idman yarışları

 

Məktəbimizdə 8 Noyabr Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər davam edir.

Fiziki tərbiyə metodbirləşməsinin 2022 – 2023 – cü tədris ilinin iş planına uyğun olaraq 8 Noyabr Zəfər Gününə həsr olunmuş dama yarışları keçirilmişdir.

Yarışların keçirilməsini fiziki tərbiyə müəllimləri İsmayılova Vəfa və Rüstəmova Nərmin yerinə yetirmiş, qalibləri müəyyən etmişlər.

3 noyabr 2022 – ci il tarixində yarış qalibləri məktəb direktoru Taleh müəllim Şahbazov , direktor müavinləri, fiziki tərbiyə müəllimlərinin iştirakı ilə fəxri fərmanla təltif olunublar.

Məktəbin direktoru Taleh müəllim Şahbazov fiziki tərbiyə metodbirləşməsi qarşısında duran vəzifələri layiqincə yerinə yetirdiyini bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi