’’ Mənim gündəliyim ’’ mütaliə müsabiqəsi

Baki Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə 2022-ci ilin aprel ayından ’’ Mənim gündəliyim ’’ müsabiqəsinə start verilib. Məktəbimizin 13 şagirdi keçirilən bu müsabiqəyə qoşulub. Musabiqədə məktəbin 10 - cu sinif şagirdi Həsənova Selcan Rövşən qızı 3000 iştirakçı arasında 2 - ci yerə layiq görülmüşdür.

28 oktyabr 2022 - ci tarixində müsabiqənin mükafatlandırma mərhələsi olmuşdur. BŞTİ - nin müdiri Mehriban xanım Vəliyeva müsabiqə qaliblərini Diplom və hədiyyələrlə mükafatlandırıb.

Məktəbin direktoru Taleh müəllim Şahbazov da qazanılan uğura görə məktəbin kitabxana müdiri Günay Hüseynovanı, kitabxanaçı Jalə Vəliyevanı və şagird Selcan  Həsənovanı ’’ Fəxri fərman ’’la təltif edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi