Sağlam təhsil siniflərində bir gün

Məktəbdə üç  ’’ Sağlam təhsil ’’ sinfi fəaliyyət göstərir.

2 - ci sağlam təhsil sinfinin müəllimi Həsənova Aybəniz şagirdləri ilə birlikdə ’’ Payızın sehrli rəngləri ’’ mövzusunda dərs hazırlamışdır. Dərs zamanı təbiətin dəyişikliyi, rəng çalarları haqqında şagirdlər yaradıcı tətbiqetmə üsulu ilə cavab veriblər.

3 - cü sağlam təhsil sinfinin müəllimi Əliyeva Könül şagirdləri ilə birlikdə ’’ 9 Noyabr Bayraq Günü ’’nə həsr olunmuş dərs hazırlamışdır. Dərs zamanı şagirdlər Azərbaycan Bayrağı haqqında məlumatlar vermiş, mahnılar ifa etmiş, şeir söyləmiş, rəsmlər çəkmişlər.

4 - cü sağlam təhsil sinfinin müəllimi  Rəsulzadə Diləfruz  şagirdləri ilə birgə ’’ Şuşa ili ’’ nə həsr olunmuş dərs hazırlamışdır. Dərs zamanı şagirdlər Qarabağ haqqında məlumatlar söyləmiş, işğaldan azad olunan torpaqlarımızın adları çəkilib, şəhidlərimizin ruhu anılıb. Keçirilən dərslərdə məktəbin direktoru Taleh Şahbazov, şəhid Vüsal İsmayılzadənin anası Lalə müəllimə, direktor müavinləri və müəllimlər iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi