Məktəbdə fənn olimpiadası

 

Məktəbimizdə 29 oktyabr 2022 – ci il tarixində VIII, IX, X, XI sinif şagirdləri arasında fənn olimpiadası keçirilmişdir.

Fənn olimpiadası Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, kimya, biologiya, fizika, coğrafiya, tarix və informatika fənlərini əhatə edib.

Olimpiadada məktəbin 126 şagirdi iştirak edib. Məktəbdə fənn olimpiadası keçirilməsinin əsas məqsədi istedadlı şagirdləri aşkarlamaq və olimpiadanın şəhər turuna hazırlamaqdır. Şagirdlər kodlaşmaya uyğun olaraq siniflərdə yerləşdirilib, qeyri – ixtisas fənn müəllimlərindən nəzarətçilər təyin olunub.

Məktəbdə fənn olimpiadasının hazırlanmasına və aparılmasına nəzarəti məktəb direktoru Taleh müəllim Şahbazov və təlim – tərbiyə işləri üzrə direktor müavinləri  Nəcəfova Cəmalə müəllim və Allahverdiyeva Gülxanım müəllim yerinə yetirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi