9 - cu siniflərdə monitorinq

Məktəbimizin 9 - cu siniflərində 275 şagird təhsil alır. Bu şagirdlər on sinifdə komplektləşdirilib.

28 oktyabr 2022 - ci il tarixində məktəbdaxili monitorinq aparılıb.

Aparılan monitorinqdə əsas məqsəd səviyyələr üzrə şagirdlərin çeşidlənməsi və uyğun qruplar üzrə işin səmərəli təşkilinə yönəlmişdir.

Monitorinq 3 fənni əhatə edib, şagirdlər xüsusi qaydada kodlaşmaya uyğun siniflərdə əyləşdirilmiş, şagirdlərin soyad və adları xüsusi kodla yazılmışdır. Sual kitabçalarında 30 sual Azərbaycan dilindən, 25 sual riyaziyyatdan, 30 sual ingilis dilindən olmuşdur. İngilis dilindən dinləmə mətnləri təşkil edilib və hər bir sinifdə qaydaya uyğun yerinə yetirilib.

Keçirilən monitorinq zamanı hər bir sinif otağında qeyri - ixtisas müəllimlərindən nəzarətçilər təyin olunub.

Monitorinqin aparılmasına tam nəzarəti məktəb direktoru Taleh Şahbazov və təlim - tərbiyə işləri üzrə direktor müavini Haciyeva İlahəxanım müəllim yerinə yetiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi