DÜNYA PSİXİ SAĞLAMLIQ GÜNÜ

1992 - ci ildən etibarən hər il oktyabrın 10 - u Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyada 1 milyarda yaxın insan müxtəlif psixi xəstəliklərdən əziyyət çəkir. Hər il 3 milyon nəfər alkoqoldan və hər 40 saniyədə bir nəfər intihar nəticəsində həyatını itirir.

         Ümumdünya Psixi Sağlamlıq Gününün qeyd olunması psixi sağlamlığın problemləri, onun möhkəmləndirilməsi və profilaktik üsulları barədə ictimaiyyətin məlumatlılığının artırılması məqsədi daşıyır.

Bu məqsədlə məktəbin psixoloqları Milana Həsənova, Rəna Əliyeva və Sevinc Pənahova VIII - XI sinif şagirdləri ilə “ Psixi sağlamlıq nədir? ” mövzusunda söhbət aparıblar, şagirdlərə slaydlar göstəriblər. Psixoloq Rəna Əliyeva IV sinif şagirdlərini də məlumatlandırmış, şagirdlər “ Səni nə xoşbəxt edər? ” adlı çalışma işləmişlər. Sağlam düşüncə sağlam davranışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi