Pedaqoji şuranın iclası

Məktəbimizdə 22 oktyabr 2022 – ci il tarixində pedaqoji şuranın 2 – ci iclası keçirilib.

İclasın gündəliyində olan aşağıdakı məsələlər müzakirə edilib.

            1. 2022 – 2023 - ci tədris ilinin sentyabr, oktyabr aylarında pedaqoji kollektivin gördüyü işlər.

         2. 2021 – 2022 – ci tədris ilində 9 – cu sinfi bitirən şagirdlərin imtahan nəticələrinin müzakirəsi və 2022 – 2023 – cü tədris ilində qarşıda duran vəzifələr, zəif nəticə göstərən şagirdlərlə işin təşkili.

            3. Fənn aylıqlarının planlaşdırılması.

            4. Şagirdlərin fənn müsabiqələrinə və fənn olimpiadalarına cəlb edilməsi və keçirilməsi.

            5. Müəllimlər və şagirdlər arasında nümunəvi psixoloji mühitin formalaşdırılması, dövlətçilik ənənələrinin qorunub saxlanılmasının həmişə gündəmdə saxlanılması.

      Bir sıra başqa cari məsələlər də müzakirə olundu.

      Pedaqoji iclasa yekun vuran məktəbin direktoru Taleh Şahbazov pedaqoji şuranın iclasının işinin qənaətbəxş olduğunu bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi