Unudulmaz Qəhrəmanımız

Şəhid İsmayılzadə Vüsal Əlibəndə oğlu.

Sentyabrın 27 -  də erməni faşistlərinin təxribatına garşı əks-hücumla başlanan Vətən Müharibəsində igidlik göstərən Vüsal İsmayılzadə Fizuli,Cəbrayıl və Zəngilan rayonlarının işgaldan azad olunması uğrunda gedən  döyüşlərdə iştirak edib. Xocavənd uğrunda gedən döyüşlərdə 21 oktyabrda Şəhid olub. Məktəbimizdə müəllim Nuranə Abbasova şagirdlərlə birlikdə ’’ Anım Günü ’’ tədbiri keçirib. Müəllimlər Şəhid Vüsal haqqında öz xatirələrini söyləmiş, şagirdlər isə şeirlər söyləmiş,vətənpərvərlik ruhlu mahnılar ifa ediblər.

Şəhid Vüsal İsmayılzadənin məzarını məktəbin müəllim və şagirdləri ziyarət edib, əklil qoyublar.

Tədbirlərdə çıxış edən məktəb direktoru Taleh Şahbazov Vətən Müharibəsi

dövründə başda Ali  Baş Komandan İlham Əliyev olmaqla bütün əsgər və zabitlərimizin

şücaətlərindən danışıb. Şəhid Vüsal İsmayılzadə və bütün Şəhidlərimiz həmişə qəlbimizdə yaşadığını bildirib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi