Vətən sənə oğul dedi

Şəhid İsmayılzadə Vüsal Əlibəndə oğlu.

19 yaşlı şəhid balamız Vüsal Əlibəndə oğlu İsmayılzadə 2001 – ci ilin oktyabrın 17 – də Bakı şəhərinin Buzovna kəndində dünyaya gəlmişdir. 2007 – ci ildən 322 № - li tam orta məktəbdə təhsil almağa başlayır. 2018 – ci ildə məktəbi bitirir. Təhsil aldığı müddətdə hərbi vətənpərvərlik yarışlarında iştirak etməyi, hər zaman “ Mən əsgər olacağam və Qarabağı azad edəcəyəm ” deməyi onun ailədə və məktəbdə hansı ruhda böyüməsindən xəbər verirdi.

Məktəbimizdə 17.10.2022 – ci il tarixində Şəhid  Vüsal İsmayılzadənin “ Doğum günü ”nə həsr olunmuş tədbir keçirilib. Tədbirlər silsiləli şəkildə keçirilib, həm məktəbin həyətində sıra zamanı, həm Şəhidin məzarı yanında, həm də məktəbin akt zalında olub.

Ədəbi – bədii gecədə Xəzər Rayon İcra Hakimiyyətinin , Buzovna Qəsəbə Nümayəndəliyinin, Buzovna Qəsəbə Bələdiyyəsinin, digər idarə və təşkilatların nümayəndələri, şəhid valideynləri, yaxınları, qazilər, qələm ustadlarımız, publisistlərimiz iştirak ediblər.

Tədbirdə istər çıxış edənlər, istərsə kompozisiyalar hazırlayan şagirdlər Şəhid Vüsal İsmayılzadənin uşaqlığı, məktəb həyatı, döyüş yolu haqqında ətraflı məlumat veriblər.

Tədbirə yekun vuran məktəbin direktoru Taleh Şahbazov Şəhid Vüsal İsmayılzadənin döyüşlər zamanı göstərdiyi şücaətdən danışıb. Onun “ Vətən uğrunda “, “ Cəbrayılın “, “ Füzulinin ”, “ Xocavəndin ” azad olunmasına görə medallarına layiq görüldüyünü bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi